Modern.az

Ziyalılar Gültəkin Hacıbəylinin müdafiəsinə qalxdı

Ziyalılar Gültəkin Hacıbəylinin müdafiəsinə qalxdı

17 May 2013, 14:12
Azərbaycanın Ziyalılar Birliyi keçmiş millət vəkili Gültəkin Hacıbəyli ilə bağlı bəyanat verib. Bu barədə Modern.az saytına Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev məlumat verib.

Bəyanatında qeyd edilir:

“Ziyalılar Formunun təsisçilərindən olan, parlaq ziyalı xanım Gültəkin Hacıbəyliyə qarşı aparılan şər-böhtan kampaniyasına kəskin şəkildə öz etirazını bildirir. Gültəkin Hacıbəyli millətin fəxr elədiyi, hər zaman işıq saçan nadir şəxsiyyətlərdəndir.  O, ziyalı, insan bədənli mələkdir. Ona belə qərəzlə yanaşanları Allah təala özü cəzalandırır”.

Bəyanatda Gültəkin Hacıbəyliyə qarşı başlanan kampaniyanın jurnalist Eynulla Fətullayev tərəfindən təşkil olunduğu bildirilib.

"Eynulla Fətullayevin Gültəkin xanımla bağlı yazısını birmənalı olaraq sifarişli hesab edirik. Bu hərəkətlər heç kimə başucalığı gətirməyəcək".

Qeyd edək ki, Ziyalılar Birliyi Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı bu gün keçirdiyi mətbuat konfransında eks-deputat barəsində kəskin ittihamlar irəli sürüb.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama