Modern.az

Azərbaycanın Milli Qəhrəmanı Fəxri Xiyabanda dəfn olundu

Azərbaycanın Milli Qəhrəmanı Fəxri Xiyabanda dəfn olundu

17 May 2013, 14:40

Ötən gün dünyasını dəyişən Milli Qəhrəman Eldar Ağayevlə vida mərasimi başlayıb. Modern.az-ın məlumatına görə, mərasim  Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (keçmiş Salyanski kazarma) keçirilir.

Milli Qəhrəmanla vida mərasimində müdafiə naziri Səfər Əbiyevin də iştirak edəcəyi bildirilir. Mərasimdə iştirak etmək üçün jurnalistlərə icazə verilməyib.

Mərhumla vida mərasimində Azərbaycan Ordusunun yüksək çinli zabit heyəti, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

***

Milli Qəhrəman II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, Daxili Qoşunlarda instruktur kimi çalışan Milli Qəhrəman E.Ağayev xidməti tapşırığını yerinə yetirmək üçün Lənkərana səfər edib. Ötən gecə ürək tutmasından orada dünyasını dəyişib.

Elçin Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama