Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə yenidən həbs edildi. Modern.az-ın məlumatına görə, xuliqanlıqda təqsirləndirilən gənc fəal Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirildikdən sonra mühakimə olunması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.
İ.Rüstəmzadənin barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Müxalifətçi gənc Cinayət Məcəlləsinin xuliqanlıq əməlini nəzərdə tutan 221.1.2 və 221.2.2 maddələri ilə təqsirli bilinib.
Fəalın Youtube-da yerləşdirilən «Harlem Shake» videosuna görə həbs edildiyi bildirilir.
Anar