Modern.az

“Neftçi”nin yaxın planında Çempionlar Liqası durur

“Neftçi”nin yaxın planında Çempionlar Liqası durur

17 May 2013, 17:08

““Nefçi” keçən il Avroliqada mübarizə apararkən öz gücümüz hesabına İtaliyanın “İnter” komandası ilə qarşılaşdı. Yaxşı olardı ki, klublarımız möhtəşəm klublarla yoldaşlıq görüşlərində deyil, rəsmi görüşlərdə qarşılaşsınlar”. Bunu Modern.az-a “Neftçi” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. Onun sözlərinə görə, bu il “Neftçi” daha böyük uğura imza atmaq niyyətindədir. “Çempionlar Liqasında yaxşı çıxış etməklə buna nail olmaq istəyirik. İnanıram ki, “Neftçi” bu mövsüm Avropada layiqli mübarizə aparacaq və ən azı Avroliqanın qrup mərhələsinə düşəcək”.


  Abbas Quliyev  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama