Modern.az

Bakının yeni rayonunun İcra Hakimiyyəti binası - FOTO

Bakının yeni rayonunun İcra Hakimiyyəti binası - FOTO

17 May 2013, 17:22

Bu il martın 7-də prezident İlham Əliyev Bakı şəhərinin yeni - 12-ci rayonuna icra başçısı təyin edib. Ölkə başçısnının sərəncamı ilə Vasif Həsən oğlu İmanov Pirallahı rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.
Pirallahı rayonu İcra Hakimiyyətinin başçısı V.İmanov bu təyinatadək uzun müddət neft sənayesi sahəsində çalışıb. Belə ki, o, Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəis müavini vəzifəsini tutub.

Qeyd edək ki, Pirallahı rayonu prezidentin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Həmin fərmanla Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin əsasında Pirallahı rayonu təşkil edilib. 3 inzibati-ərazi vahidinə malik olan Pirallahı Bakının sayca 12-ci rayonu olun. Bu rayonun inzibati ərazisində ümumilikdə 18.000 əhalinin yaşadığı bildirilir.
Pirallahı rayonu İcra Hakimiyyətindən verilən məlumata görə, bu inzibati ərazi vahidində bir sıra yeni layihələrin, tikinti-quruculuq işlərinin gerçəkləşdirilməsi nəzərdə tutulur.

Modern.az saytı belə layihələrdən bir olan Pirallahı rayonu İcra Hakimiyyəti binasının fotosunu təqdim edir.




Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama