Tanınmış vəkil Aslan İsmayılov bir qədər öncə Nərimanov rayon Polis İdarəsinə aparılıb. Bu barədə Modern.az saytına vəkilin özü məlumat verib.
Bir neçə zəngdən sonra telefonu açan Aslan İsmayılov polisdə olduğu təsdiqləyib. ”Bəli bu dəqiqə polisdəyəm..”-deyən Aslan İsmayılov əməkdaşımıza qısa açıqlama zamanı telefonu qapatmaq məcburiyyətində qalıb.
Nə üçün polisə çağırıldığını öyrənməyə çalışsaq da, vəkil danışa bilmədiyini, hazırda ifadə verdiyini bildirib.
“Hazırda polisdəyəm, danışa bilmirəm”-deyə vəkil telefonu bağlayıb.
M əlumata görə, Aslan İsmayılov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında saxlanılaraq polisə aparılıb.
***
Son məlumata görə, vəkil Aslan İsmayılov sərbəst buraxılıb. Vəkilin özü bildidb ki, onu Nərimanov Rayon Polis İdarəsinin rəisi ilə görüşə çağıranda getmək istəməyib. Belədə polislər onu zorla maşına oturdub Nərimanov Rayon Polis İdarəsinə aparıblar. Orada mətbuat konfransında səsləndirdiyi ifadələrlə bağlı söhbət apardıqdan sonra sərbəst buraxıblar.
Anar RÜSTƏMOV