Modern.az

Qarabağ problemi Sloveniya parlamentinə müzakirə olunub

 Qarabağ problemi Sloveniya parlamentinə müzakirə olunub

17 May 2013, 18:44

Bu gün Sloveniyada millət vəkili Elxan Süleymanovun başçılıq etdiyi Avronest Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvləri (Fazil Mustafa, Qüdrət Həsənquliyev və Ceyhun Osmanlı), habelə sənaye və energetika naziri Natiq Əliyevin Sloveniya parlamentinin (Milli Assambleya) sədri Yanko Veberlə görüşü olub.

Modern.az xəbər verir ki, bu barədə Fazil Mustafa öz sosial şəbəkəsində məlumat yayıb. O bildirib ki, görüşün ardından Sloveniya Milli Assambleyasının Xarici Siyasət Komitəsində Dağlıq Qarabağ məsələsinin geniş müzakirəsi olub.

“Ceyhun Osmanlının çox maraqlı təqdimatı olub, ardınca nümayəndə heyətinin üzvləri çıxış etməklə bərabər çoxsaylı sualları cavablandırıblar. Tədbirdə çox sayda Sloven millət vəkili iştirak edirdi, onlar Azərbaycanın haqlı mövqeyini dəstəklədilər və xüsusi sənəd qəbul etdilər. Bu müzakirələrin ardından nümayəndə heyətimiz Sloveniyanın baş naziri xanım Alenka Bratusiklə görüşüb. Burada bütün görüşlərdə Azərbaycan ərazilərinin işğalına qarşı bizim mövqeyin dəstəkləndiyinin şahidi oldum. Bütün hallarda səviyyəli şəkildə, ruhdan düşmədən avropalılarla işləməliyik, mövqeyimizi hərtərəfli çatdırmamız lazımdır. Xristian həmrəyliyini bəhanə edib, öz uğursuz davranışlarımıza haqq qazandırmaq olmaz. Ağıllı xarici siyasət yürütməklə mövcud neqativ abı-havanı dəyişmək mümkündür”, – deyə Fazil Mustafa vurğulayıb.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama