Modern.az

Ötən il sanitar qovşağı yenilənən məktəblərin sayı açıqlandı

Ötən il sanitar qovşağı yenilənən məktəblərin sayı açıqlandı

Təhsil

11 Yanvar 2023, 18:22

2022-ci ildə ümumilikdə 1107 məktəbin sanitar qovşağı yenilənib və ya əsaslı təmir edilib. 

 

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Belə ki, ötən təqvim ili ərzində 769 məktəb (682-si cari, 87-si əsaslı) cari və ya əsaslı təmir olunub.

 

Respublika üzrə 262 məktəbin sanitar qovşağı yenilənib və ya təmir edilib, 76 məktəbdə mobil sanitar qovşağı quraşdırılıb. Həmçinin, 23 yeni məktəb və 30 modul tipli məktəb istifadəyə verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir