Modern.az

Mikayıl Cabbarov yeni rektoru Vasif Talıbova təqdim etdi

Mikayıl Cabbarov yeni rektoru Vasif Talıbova təqdim etdi

17 May 2013, 20:20

Təhsil naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasında işgüzar səfər edib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, səfər zamanı nazir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb.

Görüşdən sonra Mikayıl Cabbarovun, Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyevin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin akt zalında Prezident İlham Əliyevin 17 may 2013-cü il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Saleh Məhərrəmovun ali məktəbin kollektivinə rəsmi təqdimatı keçirilib. 

Çıxışında təhsil naziri Naxçıvan Dövlət Universitetinin yaradılması tarixinə toxunub, Saleh Məhərrəmova yeni fəaliyytində uğurlar arzu etdib. Naxçıvan Dövlət Universitetinin nailiyyətlərini qeyd edən nazir, yeni rektorun qarşısında duran məqsəd və vəzifələrdən danışıb. 

Naxçıvan Dövlət Universitetinin kollektivi ilə aparılan fikir mübadiləsi zamanı  müəllim nüfuzunun bərpa olunması, müəllimlərin layiq olduqları səviyyədə yaşamaları ücün ali təhsil müəssisələrinin iqtisadi fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilib, Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə əməli işlərin görüləcəyi ilə bağlı məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb. 

Nazir Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası, burada təhsil alan yerli və xarici tələbələrin tədris və yataqxana şəraiti ilə tanış edilib, universitetin mövcud qabaqcıl təcrübəsi barədə nazirə məlumat verilib. 

Səfər zamanı Mikayıl Cabbarovu Təhsil Nazirliyinin məsul əməkdaşları müşayət edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama