Modern.az

Xoşqədəm Hidayətqızı Suriyaya getdi

Xoşqədəm Hidayətqızı Suriyaya getdi

17 May 2013, 22:06

ATV-də yayımlanan “Səni axtarıram” və “ATV gündəm” verilişlərinin müəllifi Xoşqədəm Hidayətqızı qanlı döyüşlərin getdiyi Suriyadadır. Tanınmış telejurnalist bu ölkəyə qardaş Türkiyədən keçib.

Bu barədə Modern.az-a ATV-dən məlumat verilib. Bildirilib ki, bu gün axşam saatlarında Türkiyədən Suriyaya keçən X.Hidayətqızı maraqlı kadrlar çəkməyə nail olub.

X.Hidayətqızının mayın 18-də günorta saatlarında Azərbaycana qayıdacağı gözlənilir.. X.Hidayətqızı sabah 21:00-da ATV-də efirə çıxacaq “ATV gündəm” verilişini canlı təqdim edəcək. Tamaşaçılar X.Hidayətqızının Suriyada çəkdiyi kadrları “ATV gündəm” verilişində izləyə biləcəklər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama