Modern.az

Azərbaycanda hərbçilər qəzaya düşdü: 5 nəfər öldü - YENİLƏNİB

Azərbaycanda hərbçilər qəzaya düşdü: 5 nəfər öldü - YENİLƏNİB

18 May 2013, 09:59

Bu gün Quba rayonunda hərbçiləri daşıyan hərbi maşın qəzaya düşüb. APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində “N” saylı hərbi hissənin 4 hərbi qulluqçusu ölüb, 7 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları araşdırılır.

***

Azərbaycanın şimal bölgəsində baş verən yol qəzasında ölən hərbçilərin adları açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçuları Ayaz Bayramov, Rəşad Adıgözəlov, Seymur Əliyev və Elmir İsmayılov aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qəza zamanı xəsarət alan digər hərbçilər isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, məlum hadisə bu gün Quba rayonunda qeydə alınıb. Hərbçiləri daşıyan hərbi maşının aşması nəticəsində 4 nəfər ölüb, 9 hərbçi xəsarət alıb.

***

Yol qəzasında həlak olan hərbçilərin sayı 5 nəfərə çatıb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən İsmiyev Elbəy Ədalət oğlu orada dünyasını dəyişib. Digər yaralıların vəziyyəti isə ağır olaraq qalır.

Baş vermiş qəza hadisəsi ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama