Modern.az

Nazir Xalidə Xalidlə bağlı baş konsula tapşırıq verdi

Nazir Xalidə Xalidlə bağlı baş konsula tapşırıq verdi

18 May 2013, 10:49

İranda həbs olunan Azərbaycan Milli Elmər Akademiyasının işçisi Xalidə Xalidin məsələsi dövlətin nəzarətindədir. Modern.az-ın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.

XİN rəsmisinin sözlərinə görə, Xalidə Xalid və onun köməkçisi ilə görüşmək üçün konsulluğa tapşırıq verilib.

“Hər bir Azərbaycan vətəndaşı harada olmasından asılı olmayaraq, dövlətin qayğısı və müdafiəsi altındadır. Azərbaycan Milli Elmər Akademiyasının işçisi Xalidə Xalid və onun köməkçisinin İranda həbs məsələsi daim nəzarətdədir və bu məsələ araşdırılır.

Onlarla görüşmək üçün baş konsulu qarşısında tapşırıq qoymuşuq. Eyni zamanda İranla əlaqə saxlayırıq ki, bu məsələ həll olunsun”-deyə nazir müavini qeyd edib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama