
Modern.az xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədri Qərib Məmmədov Gəncə şəhərində və Şəmkir rayonunda ətraf bölgələr də əhatə olunmaqla vətəndaşların qəbulunu keçirəcək. Mayın 21-də Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə şəhəri ilə yanaşı, Göygöl, Samux, Goranboy, Tərtər, Kəlbəcər və Naftalan şəhərlərinin də vətəndaşlarının müraciətlərinə baxılacaq. Şəmkir rayonunda isə qəbul mayın 22-sinə müəyyənləşdirilib. Burada da Şəmkir rayonunun sakinləri ilə yanaşı, Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının da vətəndaşlar qəbul olunacaq.
Günəş FƏRHADLI