Modern.az

Azərbaycanın 10 hərbçisi yaralandı

Azərbaycanın 10 hərbçisi yaralandı

18 May 2013, 22:14

Azərbaycanda hərbçiləri daşıyan daha bir avtomobil qəzaya uğrayıb.Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. Daxili Qoşunların (DQ) əsgərlərini Dövlət Bayrağı Meydanına andiçmə mərasiminə aparan avtomobil qəzaya düşüb. Nəticədə əsgərlər Orxan Ələkbərov, Səddam Səmədov, Toğrul Əlizadə, Həsən Məmmədov, Sadiq Hümbətov, Əli Əlizadə, Nurməmməd Cabbarlı, Kamran Musazadə, o cümlədən kursantlar Elmar Məmmədov və Nurlan Məmmədzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə DQ-nın Mərkəzi Hospitalına yerləşdiriliblər.

Faktla bağlı istintaq aparılır.       

DQ-ın Mərkəzi Hospitalından bildirilib ki, avtomobildə qəzaya uğrayan hərbçilərin vəziyyəti stabildir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama