İranda həbsdə olunan Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb. Bu barədə məlumatı ANS telekanalı yayıb.
Qeyd edək ki, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin İrana səfəri davam edir. Bu səfər zamanı şeyxin Xalidə Xalidin məsələsinə müdaxiləsi gözlənilirdi.
Bu gün onun rəhbərlik etdiyi nümayəndə heyətinin İranın ali dini lideri, Ayətullah Əli Xamneyi ilə görüşü nəzərdə tutulub.
***
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinən Modern.az-a bildirilib ki, Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov yaxın günlərdə Azərbaycan göndəriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid aprelin 30-da Təbrizdə İran xüsusi xidmət orqanları tərəfindən həbs olunmuşdu. İran tərəfi alimi casusluqda ittiham edirdi.
Modern.az