Modern.az

Xalidə Xalidin qızı: “Anamın azad olduğunu televiziyadan eşitdik”

Xalidə Xalidin qızı: “Anamın azad olduğunu televiziyadan eşitdik”

19 May 2013, 13:10


“Anamın azadlığa buraxılmasını təsadüfən televiziyadan eşitdik. Sevincimizin həddi-hüdudu yoxdur”. Bu sözləri Modern.az saytına Xalid Xalidin qızı Ləman Məmmədova bildirib.

Xalidə Xalidin azadlığa buraxılmasını ilk dəfə televiziyadan eşitdiklərini bildirən L.Məmmədova hələlik bununla bağlı rəsmi məlumatın verilmədiyini qeyd edib:

“Anamın azadlığa buraxılması xəbərini televiziyadan eşitdik. Çox sevindik. Amma hələ rəsmi anamın azadlığa buraxılması haqda bizə rəsmi açıqlama verilməyib. Gözləyirik. Rəsmi qurumlarla əlaqə saxlamışıq. Onlar günərzinə bizə məlumat verəcəklərini bildiriblər. Hazırda anamın harada olmasından sözün açığı məlumatsızıq. Bir daha anamın azadlığa buraxılmasında köməklik edən hər kəsə dərin təşəkkürümüzü bildiririk”-deyə L.Məmmədova bildirib.

Qeyd edək ki, İranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.

Anar RÜSTƏMOV 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama