Modern.az

Xamneyidən rəsmi Bakıya mesaj: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”

Xamneyidən rəsmi Bakıya mesaj: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”

19 May 2013, 15:45

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan-İran Parlamentlərarası dostluq qrupunun üzvlərinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyətinin İrana səfəri davam edir.

Modern.az AzərTAc-a istinadən xəbər verir ki, bu gün nümayəndə heyətimiz İranın Ali Dini rəhbəri Seyid Əli Xamneyi ilə görüşüb.
Səmimilik şəraitində keçən görüşdə ölkələrimiz və xalqlarımız arasında hərtərəfli əlaqələrinin istiqamətlərinə dair səmərəli fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdıran A. Paşazadən ölkəmizin hərtərəfli inkişafı, insan hüquqlarının qurunması və dini etiqad azadlığının təmin edilməsinə dövlət zəmanətindən bəhs edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, Azərbaycan dövlət müstəqiliiyini bərpa etdikdən sonra bütün dinləri təmsil edən insanların azad ibadət etməsi üçün geniş imkanlar yaradılıb. O cümlədən, yeni məscidlər tikilib, qədim məscidlər, ziyarətgahlar və pirlər əsaslı təmir edilibdir. Bir neçə gün əvvəl Şamaxı rayonunda Prezident İlham Əliyevin iştirakı ilə böyük bir məscid-kompleksi insanların istifadəsinə verilib.

Paşazadə əminliklə bildirib ki, Seyid Əli Xamneyi Azərbaycan xalqı üçün ən ağrılı məsələ olan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dualar edir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarından məmnunluğunu ifadə edən Seyid Əli Xamneyi onun da isti və səmimi salamlarının Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş edib. Azərbaycan Respublikasında aparılan hərtərəfli quruculuq işlərindən və inkişafdan xəbərdar olduğunu, ölkəmizin naliyyətlərindən qurur duyduğunu ifadə edən İranın dini lideri bildirib ki, İran həmişə Azərbaycanın yanındadır və dövlətimizin ərazi bütövlüyünü tanyır və hörmətlə yanaşır.

Görüşdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Azərbaycan-İran münasibətlərinin inkişafının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama