Modern.az

Polis AXCP-nin toplantısını dağıtdı - YENİLƏNİB

Polis AXCP-nin toplantısını dağıtdı - YENİLƏNİB

19 May 2013, 16:57

Bu gün AXCP-nin Ağdaş rayonunda keçirilən müşavirəsi polis tərəfindən dağıdılıb. Bu barədə Modern.az saytına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

AXCP rəsmisinin sözlərinə görə, Ağdaşda yerli təşkilatın müşavirəsinin keçirilməsinə polis tərəfindən imkan verilməyib, cəbhəçilər həbs edilib.

İlkin məlumatlara görə, müşavirədə AXCP sədrinin müavini Asəf Quliyev, partiyanın Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, partiya sədrinin müşaviri Zərifə Məhəddinova və eləcə də bir neçə AXCP üzvü polis əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş rayon polis bölməsinə aparılıb.

AXCP Saatlı rayon şöbəsinin Ali Məclisinin sədri Ziyafət Hüseynlinin də saxlanıldığı bildirilir.

***

Modern.az-a daxil olan məlumata görə, Ağdaşda polis tərəfindən saxlanılan cəbhəçilər artıq sərbəst buraxılıb.

Anar RÜSTƏMOV 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama