Müxalifət nümayəndələrinin həbsinə etiraz olaraq Bakıda aksiya keçiriləcək. Modern.az-ın məlumatına görə, bu barədə hazırda həbsdə olan dindar Tale Bağırzadənin Hüquqlarının Müdafiə Komitəsi qərar verib. Aksiyanın iyunun 1-də saat 16.00-dan 18.00-dək Bayıl qəsəbəsində yerləşən Sürücülük məktəbinin həyətində keçirilməsi planlaşdırılıb.
Aksiyanın keçirilməsinə məqsəd ReAl sədri İlqar Məmmədov, Müsavat sədrnin müavini Tofiq Yaqublu, ruhani Tale Bağırzadn, NİDA üzvləri və digər fəalların həbsdə olmasına etiraz etməkdir.
Mitinq "Qanunsuz həbslərə son qoyulsun!", "Qanunsuz həbs olunanlar dərhal azad edilsin!", "Konstitusion hüquq və azadlıqlarımızın tapdanmasına dözməyəcəyik!", "Vicdan məhbuslarına, siyasi məhbuslara azadlıq!" şüarları ilə keçiriləcək.
Aksiya ilə bağlı sosial şəbəkələrdə kampaniya başlanıb.
Anar RÜSTƏMOV