Modern.az

Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək

Məktəblərdə 20 Yanvarla bağlı xüsusi dərslər keçiriləcək

16 Yanvar 2023, 12:56

Elm və təhsil naziri Emin Əmrullayev “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb.

 

Modern.az-ın məlumatına görə, əmrə əsasən yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.

 

Eyni zamanda, məktəblərdə faciəyə həsr olunan kitab, foto və rəsm sərgilərinin, ədəbi-bədii komozisiyaların təşkil edilməsi də planlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir