Modern.az

Təhsil krediti almaq üçün qeydiyyat bu tarixdə BİTİR

Təhsil krediti almaq üçün qeydiyyat bu tarixdə BİTİR

16 Yanvar 2023, 14:02

Fevralın 16-sı saat 00:00-dan etibarən 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün qeydiyyat yekunlaşacaq.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Yaz semestri üzrə təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə Təhsil Tələbə Krediti Fonduna elektron formada müraciət edə bilərlər.

 

Payız semestri üzrə alınan notarial qaydada təsdiqlənmiş ərizə yaz semestri üçün də keçərlidir.

 

Qeyd edək ki, 2022-2023 tədris ilinin payız semestrində ümumilikdə 5560 tələbə təhsil kreditindən yararlanıb. Onlardan 2120-si sosial, 3440-ı standart kreditdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir