Modern.az

Uğur qazanan müəllimlərin müsahibə nəticələri AÇIQLANDI

Uğur qazanan müəllimlərin müsahibə nəticələri AÇIQLANDI

Təhsil

17 Yanvar 2023, 16:50

Əlavə vakansiya seçimində uğur qazanan namizədlərin müsahibə nəticələri açıqlanıb.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Dövlət ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində uğur qazanan şəxslərin müsahibə nəticələrinə dair məlumat şəxsi səhifələrinə göndərilib.

 

Müsahibələr ötən ilin dekabrın 28-də onlayn təşkil olunub.

 

Qeyd edək ki, müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir