Modern.az

Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

20 May 2013, 17:24

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, mayın 19-da rus bölməsi abituriyentlərinin “Azərbaycan dili” fənnindən keçirilən imtahanların nəticələri açıqlanıb.

Nəticələr artıq TQDK-nın rəsmi saytına yerləşdirilib - //tqdk.gov.az/netazd/

İmtahanda iştirak edən 8070 abituriyentdən 7233 nəfəri nəfəri müsabiqə şərtini ödəyib və “məqbul” qiyməti alıblar. Onlardan 2977 nəfərini oğlanlar, 4256 nəfərini qızlar, 2158 nəfərini əvvəlki illərin məzunları, 5075 nəfərini isə cari ilin məzunları təşkil edir.                                                                                       

Mayın 19-da keçirilən imtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2013-ci il iyunun 23-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.  

Qeyd edək ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Quba şəhərlərində keçirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama