Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov Macarıstanın İnsan Resursları naziri Zoltan Balogla görüşüb. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Səmimi şəraitdə keçən görüş zamanı macar nazir Azərbaycan və Macarıstan arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnun olduğunu vurğulayıb. Z. Balog qeyd edib ki, iki ölkə arasında mövcud əlaqələr əməkdaşlıq üçün yaxşı imkanlar yaradıb.
Millət vəkili Fuad Muradov rəhbərlik etdiyi təşkilat haqqında nazirə məlumat verib və tarixi “ipək yolu”üzərində yerləşən ölkələrdən olan Macarıstanın qurumdakı fəaliyyətini yüksək qiymətləndirib.
Təşkilatin unikal cografiyasını, bir araya gətirdiyi dəyərləri ve məqsədlərini xatirladan millət vəklili vurğualyıb ki, 20-də artıq ölkə nümayəndəsinin cəmləşdiyi teshkilat ortaya qoyduğu platforma ilə əməkdaşlığa töhfəsini verir.
Görüş zamanı iki tərəfi maraqlandıran digər məsələlər haqqında fakir mübadiləsi aparılıb.
Modern.az