Modern.az

Azərbaycan fəhlələrindən Hacıbala Abutalıbova müraciət: “Bunu özümüzə təhqir hesab edirik”

Azərbaycan fəhlələrindən Hacıbala Abutalıbova müraciət: “Bunu özümüzə təhqir hesab edirik”

20 May 2013, 19:07


Azərbaycan Fəhlə Zəhmətkeşləri İttifaqı Bakı  Şəhər  İcra  Hakimiyyətinin başçısı Hacıbala  Abutalıbova müraciət edib.
Modern.az-ın məlumatına görə, müraciətdə Bakı şəhərinin Nobel  prospektində “ Fəhlə heykəli“ abidəsinin sökülməsinə etiraz edilib. Qeyd edilib ki, heykəlin guya, Neft  Şirkətinin  balansında olması barədə məlumatlar yalandır:
 “Şəhərin mərkəzində quraşdırılan heykəl hər hansı şirkətin və ya azirliyin balansında  ola  bilməz. Şəhərin  mərkəzində ucaldılan heykəllər  qanunvericiliyin tələblərinə  əsasən  yalnız  rəhbərlik  etdiyiniz  İcra  Hakimiyyətinin  müvafiq  struktur  bölmələrinin  balansındadır . Məlumata görə, həmin ərazidə “Ağ şəhər“  salındığı üçün tarixi abidə hesab olunan fəhlə heykəlinin orada qalması məqsədəuyğun  hesab edilməyib. Bunu fəhlələr, o cümlədən də   fəhlələri  təmsil  edən birliyimiz özünə təhqir  kimi qəbul edir, çünkü  həmin o “Ağ  şəhər“i  elə bəyənmədiyiniz həmin fəhlələr, zəhmət adamları ucaldacaq.

Lakin biz fəhlələri  maraqlandıran məsələ heykəlin hazırda harada olması,  gələcəkdə həmin  abidə harada və kimin tərəfindən yenidən quraşdırılmasıdır. Şəhərin rəhbəri  kimi Siz bunu  bilməli olduğunuz üçün Sizə müraciət  edirik.

Qeyd  olunan abidə  Azərbaycanın 3 milyon vətəndaşını təmsil edən abidədir, çünki  Azərbaycanda 3 milyon zəhmətkeş  fəhlə çalışır. Məhz  onların  əməyi  nəticəsində yeni  küçələr  salınır, körpülər tikilir və binalar ucalır. Yoxa  çıxan  heykəli  təmsil  edən  fəhlələr, cəmiyyətimizin aparıcı qüvvəsidir  və  onlara qarşı bu  cür  hərəkətlər onların hissiyatına  və mənliyinə toxunur.

Biz  hesab edirik ki, Siz birliyimizə heykəlin harada olması və gələcəkdə harada  quraşdırılması barədə  rəsmi  məlumat  verəcəksiniz. Biz  ümüdvarıq ki, heykəl elə bir yerdə  quraşdırılacaq  ki, fəhlələr, bütün  zəhmətkeşlər maneəsiz qaydada onu  ziyarət  edə  biləcəklər.

Sizdən  xahiş  edirik  ki, 3  milyon  fəhləni təmsil  edən təşkilatımıza rəsmi  cavab verəsiniz”-deyə birliyin sədri Tofiq  Məhərrəmov Bakı merinə ünvanladığı məktubda qeyd edib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama