Modern.az

Azərbaycan və Tacikistan Milli konservatoriyaları arasında müqavilə imzalanıb

Azərbaycan və Tacikistan Milli konservatoriyaları arasında müqavilə imzalanıb

21 May 2013, 10:30
Azərbaycan Milli Konservatoriyası ilə Tacikistan Milli Konservatoriyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin imzalanma prosesində iştirak edən Azərbaycan Respublikasının Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov imzalanan sənədin əhəmiyyətindən danışaraq qeyd edib ki, mədəni tədbirlərin ikitərəfli münasibətlərin qurulmasında önəmi çox böyükdür. Azərbaycan musiqisinin zənginliyi bu sahədə əldə olunan təcrübə və peşəkarların səviyyəsi baxımından Tacikistan Respublikasının öz musiqiçilərinin Azərbaycanda təhsil alması marağı başa düşüləndir.

Daha sonra Tacikistan Milli Konservatoriyasının rektoru Rəcəb Əmirov Tacikistan- Azərbaycan ədib və musiqiçilərinin traixi əlaqələrindən danışıb. Son illər Azərbaycanda keçirilən Muğam musiqi festivallarında Gülçöhrə Kurbanovanın önəmli yerlərdən birini qazandığını deyib Bu günlərdə isə Azərbaycandan olan muğam qrupunun Tacikistanın “Şeş məkam” festivalındakı gözəl ifaları haqqında danışıb.

Daha sonra Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli və Tacikistan Milli Konservatoriyasının rektoru arasında tələbə, müəllim mübadiləsi və digər musiqi layihələrinin həyata keçirilməsi barədə müqavilə imzalanıb. Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimli bildirib ki imzalanan əməkdaşlıq sazişi 2014-cü ildə qüvvəyə minəcək və bundan sonra Tacikistan musiqiçiləri Azərbaycanda, Azərbaycanlılar isə Tacikistanda tədris mübadiləsi edəcəklər. Müqavilə imzalnandan sonra isə xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov, xalq artisti Nəzakət Teymurova Tacikistan Milli Konservatoriyasının tələbə və müəllim heyəti üçün ustad dərsləri keçiblər.
İki ölkənin mədəniyyət ocağı arasında yaranan ilk sazişin akkordları Qarabağ şikəstəsiylə vurulub. Və bir daha təqsdiq olundu ki, Şərqə aid olsa da , muğamın mərkəzi bu gün Azərbaycandır.





Ləman Ağayeva, Düşənbə

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama