"Türk Hava Yolları"na məxsus Boinq-777 təyyarəsi Losangelesdən Dakara getmək əvəzinə Banqladeşin paytaxtı Dəkkəyə gedib. Modern.az İTAR-TASS-a əsasən xəbər verir ki, təyyarə İstanbula endikdən sonra oradan Dakara getmək əvəzinə yalnış istiqamətdə 4 saat artıq uçmalı olub. Uçuş istiqaməti elan edildikdə sərnişinlər belə Dakarla Dəkkənin fərqinə varmayıblar. Təyyarə Banqladeşdin paytaxtı Dəkkədə yerə enən zaman aviaşirkətin ciddi səhvə yol verdiyi anlaşılıb.
Məlumata görə,"Türk Hava Yolları" məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Lakin türk “Nəqliyyat xəbərləri” portalı şirkətin səhvini düzəltdiyi barədə xəbər verib. Xəbərdə sərnişinlərin nəzərdə tutulan yerə çatdırıldığı bildirilir. Bununla belə Dakara digər reyslə gedən bəzi sərnişinlərin yüklərinin çatdırılmasında problemlər yaşandığı da qeyd edilir.
Elçin AĞAYEV