Modern.az

“Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq

“Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq

19 Yanvar 2023, 15:28

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasının iş planına “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məsələsi daxil edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib.

 

Onun sözlərinə görə, fevral ayının sonu - martın əvvəlində komitənin genişləndirilmiş iclası keçiriləcək.

 

“İclasa Elm və Təhsil Nazirliyinin əməkdaşları da dəvət olunacaq. Nəzərdə tutulub ki, bu sessiya müddətində “Ali təhsil haqqında” qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunsun”, - deyə komitə sədri vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir