Modern.az

İranın Xarici İşlər Nazirliyi Xalidə Xalidlə bağlı məlumat yaydı

İranın Xarici İşlər Nazirliyi Xalidə Xalidlə bağlı məlumat yaydı

21 May 2013, 12:11

Son bir neçə ay ərzindəAzərbaycan və İran fəal danışıqlar aparırlar. Trend-in "Press TV"yə istinadən verdiyi məlumata görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Abbas Araqçi deyib.

Araqçı iki ölkə arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edib.

Onun sözlərinə görə, keçmişdə Bakı və Tehran arasında anlaşılmazlıq olub. Belə ki, bəzi şəxslər İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsini istəmirlər:

"Bu yaxınlarda bizim təhlükəsizlik qüvvələrimiz Azərbaycanın iki vətəndaşını saxlayaraq dindiriblər. Biz vətəndaşlara ittihamın irəli sürülməsi məsələsi üzrə Azərbaycan hökumətinə məlumat verdik və dindirmədən sonra xoşməramlıq rəmzi olaraq onlar azadlığa buraxıldı".

O deyib: "İran nümayəndə heyətinin tərkibində Azərbaycanda həbs edilmiş İran vətəndaşı Mir Kazemiyə gəlincə, burada anlaşılmazlıq var".

Araqçı anlaşılmazlığın qısa müddət ərzində aradan qaldırılacağına ümid etdiyini bildirib:

"Hazırda biz diplomatik kanallar üzrə bu məsələ üzərində işləyirik".

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama