
Futbol üzrə Topaz Premyer Liqasına yekun vurulub. Topaz Premyer Liqasını qiymətləndirən Ağasəlim Mircavadov
Modern.az-a bildirib ki, ümumiyyətlə çempionatın gərgin keçdiyini demək olar.
“Çünkü çempion son turlarda bəlli oldu. Çempionatda elə klublar oldu ki, onlar çempionatın əvvəlində yaxşı mübarizə apardılar. Onlardan “Azal”ı və “Xəzər Lənkəran”ı göstərmək olar. Çox təəssüf ki, “Azal” kimi mövsümün əvvəlinə yaxşı mübarizə aparan klub sonda ilk altılığa düşə bilmədi. Buna da əsas səbəb çox xal itirmələri və qeyri-stabil oynamaları səbəb oldu. Paytaxtın digər komandası “Bakı”ya gəldikdə isə bu klub altılığa çətinliklə düşürdü, lakin bu gün “Bakı” istəyinə qismən nail oldu. İlk altılığa düşdü. Çempionatda altılıq sistemi işə düşəndən sonra çempionluq uğrunda mübarizə daha da gərginləşdi. Çempion olmaq istəyən komandalar ilk altılığa düşməyə can atırdılar”. Mütəxəssisin sözlərinə görə, “Gəncə” və “Turan” klublarının çempionatı tərk etməsini təəssüf hiss ilə qarşılayır. “Bu bölgələr futbolumuza həmişə dəstək olublar və yaxşı oyunçular yetişdiriblər”.
Abbas Quliyev