Modern.az

Rusiyadan “Eurovision” hədəsi: “Bakıdan göndərilən səslərin oğurlanması cavabsız qalmayacaq”

Rusiyadan “Eurovision” hədəsi: “Bakıdan göndərilən səslərin oğurlanması cavabsız qalmayacaq”

21 May 2013, 13:55

“Eurovision”dakı səslərimizin oğurlanması cavabsız qalmayacaq”. Modern.az saytı bildirir ki, bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Rusiyanın XİN rəhbəri Sergey Lavrov bəyan edib.
 “Rusiyalı ifaçının səslərinin oğurlanması Moskvanı sevindirməyib. Bu hiddət doğuran aksiya cavabsız qalmayacaq”-deyə Lavrov vurğulayıb.

E. Məmmədyarov Azərbaycanın Rusiyaya səs verdiyini, lakin səslərin hara getdiyinin naməlum qaldığını vurğulayıb. Eyni zamanda nazir bu məsələ ilə Azərbaycan İctimai Televiziyasının məşğul olduğunu və İTV-nin də bununla bağlı bəyanat verdiyini diqqətə çatdıırb.

"Ölkənin mobil operatorları məlumatları təqdim ediblər. Budur, həmin məlumatlar əlimizin altındadır. Onları səsləndirmək istərdim. Ən böyük operator olan “Azercell” şirkətinin təqdim etdiyi məlumata əsasən, səslər aşağıda göstərilən şəkildə hesablanıb:

1. Ukrayna – 7893,
2. Rusiya – 1677.

Daha sonra siyahıda Malta, Belarus, Gürcüstan və başqa ölkələr qərarlaşıb.  
“Bakcell”-in təqdim etdiyi məlumatlar isə belədir:
1. Ukrayna – 408,
2. Rusiya – 380.

Və nəhayət,  “Narmobile” şirkətinin məlumatları belədir:
1. Ukrayna – 193,
2. Rusiya – 112.

Gördüyünüz kimi, tamaşaçıların verdiyi səslər yüksəkdir. Rusiya bütün məlumatlara müvafiq olaraq, ikincidir. Bəs onda bu səslər hara yoxa çıxıb?".

E.Məmmədyarov deyib ki, bu sual Azərbaycanın İctimai Televiziyasın ünvanlanmalıdır: “Çünki o, Avropa Yayımları Birliyinin əsas tərəfdaşıdır və məsələyə aydınlıq gətirməlidir”.

***

Qeyd edək ki, Avropa Teleradio Yayım Birliyinin Mahnı Müsabiqəsi üzrə kommunikasiya koordinatoru Jarmo Siim BBC-nin Azərbaycan xidmətinə deyib ki, “Eurovision” mahnı müsabiqəsinin finalında səsvermənin hesablanması zamanı hər hansı pozuntu olsaydı, bu barədə indiyə kimi onlara mütləq siqnal gələrdi: "Səsvermə bizim səsvermə tərəfdaşımız Digamo tərəfindən aparılır və PriceWatersHouseCoopers şirkəti tərəfindən qiymətləndirilir. Hər hansı məsələ olsaydı, bizə bu barədə siqnal çatardı.
"Bizim bildiyimizə görə, hər şey dəqiq olub", o əlavə edib.

***

Azərbaycanın "Eurovision" mahnı müsabiqəsinin ötən şənbə günü keçirilən finalında Rusiyaya 10 xal verməsi, amma bunun nəticələrdə özünü göstərməməsilə bağlı ölkədə yüksək səviyyədə narahatlıqlar səslənir.

Azərbaycanın Moskvadakı səfirinin açıqlamasına görə, Prezident İlham Əliyev şənbə bunun səbəbini araşdırmağı tapşırıb.

Azərbaycan İctimai Televiziyasının direktoru Cəmil Quliyev də məsələ ilə bağlı bəyanat verib: "Azərbaycandan olan səslərin yekun hesablamasında Rusiyaya bir bal verilməməsi belə ciddi narahatlıq və heyrət doğurur".

Azərbaycan diasporunun böyük olduğu Rusiya səsvermə zamanı Azərbaycana 12 xal verib. Rusiyaya isə Azərbaycan tərəfindən xal verilməyib.


X.SƏFƏROĞLU  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama