Modern.az

Lavrov Qarabağda Ermənistanın “qanuni maraqlarını” nəzərə almağa çağırıb

Lavrov Qarabağda Ermənistanın “qanuni maraqlarını” nəzərə almağa çağırıb

21 May 2013, 15:17

Elmar Məmmədayrov erməni qoşunalrının çıxarılması üçün konkret vaxtın élan olunmasını təklif edib

“Moskva Dağlıq Qarabağla bağlı hazırkı situasiyanı qəbuledilməz hesab edir. Bu münaqişə faktiki olaraq Ermənistanı iqtisadi blokadada saxlayır”. Modern.az bildirir ki, bu sözləri Rusiya XİN-ini rəhbəri Sergey Lavrov Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünün nəticələri barədə danışarkən bəyan edib.

“Satatus-kvo qəbuledilməzidr. Bu  hər şeydən əvvəl Azərbayacan, Ermənistan və Qarabağda yaşayanlar üçün qəbuledilməzidr. Mən buna əminəm. Status–kvo təkcə Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı məsələnin həll olunmaması deyil, həmçinin Ermənistanın iqtisadi blokadası deməkdir”-deyə Lavrov bildirb.

O qeyd edib ki, Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biri Qafqazda sabitlikdir.
“Moskva buna görə hazırkı situasiyanı çözmək üçün bütün səylərini ortaya qoyacaq”.
Lavrov vurğualyıb ki, hazırkı vəziyyətdə “əgər durğunlaq varsa, heç nə alınmayacaq” kimi tələsik qiymətləndirmə aparmaq olmaz.
“Hər iki tərəfin qanuni maraqları əsasında kompromiss axtarsaq, hər şey alınacaq”.

“Biz bu istiqamətdə işləri davam etdiririk. Bütün iştirakçılarla birgə bu güzəşt prosesini dəstəkləmək lazımdır. Biz problemin həlli üçün lazım olan şəraitin yaradılması üçün bütün səylərimizi göstərəcəyik”.

Rusiyanın münaqişədə tutduğu rolu yüksək qiymətləndirən Elmar Məmmədyarov bildirib ki, Bakı üçün  ərazinin hazırkı status-kvosu qəbuledilməzdir.

“Həta erməni ordusunun Dağlıq Qarabağdan çıxarılması barədə konkret vaxtın elan edilməsi münaqişənin həll edilməsində fenomenal irəliləyişə səbəb olacaq. Mən əminəm ki, əgər siyasi iradə olacaqsa, biz təbii təkcə ciddi razılaışamaya  deyil, normal qonşuluq siyasətinə çıxa bilərik”-deyə Məmmədyarov bildirib.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama