Modern.az

UNEC müəllimləri nə qədər maaş alır? - RƏSMİ

UNEC müəllimləri nə qədər maaş alır? - RƏSMİ

Təhsil

25 Yanvar 2023, 16:20

2013-2014-cü ildə 613 manat olan orta aylıq əməkhaqqı 2022-ci ilinin yekununda 1182 manat təşkil edib. Beləliklə, artım 1,92 dəfə olub.

 

Modern.az xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov universitetin fəaliyyəti ilə hesabat tədbirində deyib.

 

Onun sözlərinə görə, pedoqoji heyət üzrə 2013-2014-cü ildə 695 manat olan orta aylıq əmək haqqı 2022-ci ildə 1369 manata yüksəlib. 

 

"Universitetdə inzibati və xidmətedici heyət üzrə orta aylıq əməkhaqqı 2013-2014-cü ildə 495 manat olub. 2022-ci ilin sonunda isə məbləğ 2 dəfə artaraq 1003 manat olub", - rektor çıxışında vurğulayıb.

Bu xəbər ilə bağlı
Bu sahədə də irəliləyiş əldə edəcəyik - Rektor
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü