Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan rayonlarının birində pirin banka girov qoyulması ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.
İdarənin təşkilat şöbəsinin müdiri Hacı Əlirza Qafarov Modern.az-a açıqlamasında belə məlumatların həqiqətə uyğun olmadığını deyib:
”Bu cəfəng fikirləri kim yayır, bilmirəm. Belə xəbərləri ancaq səviyyəsiz insanlar yaya bilər. Azərbaycanda heç bir pir girov qoyulmayıb”.
Xatırladaq ki, Azərbaycanda rayonlarından birincə pirin banka girov qoyularaq 300 min manat kreditin götürülməsi ilə bağlı məlumatlar yayılıb.
İntiqam Valehoğlu