Modern.az

“Azərbaycan - İran parlamentlərarası əlaqələri yaxşı deyil”

“Azərbaycan - İran parlamentlərarası əlaqələri yaxşı deyil”

23 May 2013, 13:18

“Azərbaycan-İran parlamentlərarası işçi qrupunun əlaqələri hələ ki, yaxşı vəziyyətdə deyil. Ümid edək ki, bundan sonra aktivləşmə müşahidə olunar”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvü, millət vəkili Fazil Mustafa iki ölkənin parlamentləri arasında münasibətlərin perspektivini şərh edərkən bildirib. Deputatın sözlərinə görə, İranın yürütdüyü siyasət səbəbindən Azərbaycanla münasibətlərdə problem qalacaq. Eyni zamanda bu məsələlərdə qarantiyanın olmadığını vurğulayan işçi qrupun üzvü İranın atdığı addımlardan da söz açıb.

“İran elə bir dövlətdir ki, onun atdığı addımların müəyyən problemlər yaradacağı kimsədə şübhə doğurmur. Ona görə də məsələ bir qədər mürəkkəbdir”.

Millət vəkili azərbaycanlı alim Xalidə Xalidin azadlığa buraxılmasını isə müsbət qiymətləndirib. “Bunlara baxmayaq, bütün hallarda bu hadisənin baş verməsi müsbət qarşılanmalıdır. Ən azı nəzərə alaq ki, Azərbaycan alimi azadlığa çıxıb”.  

Xatırladaq ki, bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərindən sonra iki ölkə arasında yaşanan siyasi gərginlik nisbətən səngiyib. Artıq İran rəsmilərinin bu səfərdən sonra Azərbaycan barədə xoş fikir səsləndirməsinin şahidi oluruq.

 

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama