Modern.az

Obama İlham Əliyevi təbrik edib

Obama İlham Əliyevi təbrik edib

23 May 2013, 16:25

ABŞ Prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə 28 May Respublika günü münasibəti ilə təbrik məktubu göndərib. Modern.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, ABŞ prezidentinin məktubunda qeyd olunub:

“Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. 1918-ci il mayın 28-də müstəqil Azərbaycan müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika kimi beynəlxalq ictimaiyyətə nümunə oldu. Azərbaycanın əlamətdar tarixi ilə bağlı bayrama biz də qoşuluruq.
Ölkələrimiz arasında, xüsusilə də enerji və regional təhlükəsizlik sahələrində möhkəm tərəfdaşlıq mövcuddur. ABŞ, həmçinin davamlı, çiçəklənən demokratik cəmiyyətin qurulmasında və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın səylərinə kömək etməyə tam sadiqdir. Əfqanıstandakı kollektiv səylərimizin dəstəklənməsinə Azərbaycanın töhfələrini olduqca yüksək qiymətləndiririk.
Milli bayramınız münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından ən xoş arzularımı çatdırıram”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama