Beynəlxalq təşkilatların apardığı araşdırmalar görə, hər il minlərlə uşaq təhsildən yayınır. Bu gün Azərbaycan da vəziyyət heç də ürəkaçan deyil. Ölkəmizdə də azyaşlıların təhsildən yayınma hallarına rast gəlinir.
Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev Modern.az-a bildirib ki, bu gün Azərbaycanda da təhsildən yayınmaların say göstəricisi kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, Azərbaycanda birinci sinfə getməyən uşaqların sayı elə də böyük rəqəm təşkil etməsə də, yuxarı siniflərdə uşaqların təhsildən yayınması halları daha çoxdur:
“Sağlamlıq imkanları məhdud, əlilliyi olan uşaqlar var ki, onlar da təhsil ala bilməyən uşaqlar sırasındadırlar. Odur ki, onlar da təhsildən yayınanlar uşaqlar sayılırlar. Bu gün Azərbaycanda 60 minə yaxşın uşaq var ki, onların yalnız 15 mini məktəbə gedir. Qalan 35 mini isə təhsildən kənardır. Evdə təhsilə cəlb olunanlar, qeyri-rəsmi nikahdan doğulan və küçə həyatı yaşayan uşaqlar təhsildən yayınırlar. Ölkədə 5 min məktəb var ki, hər məktəbdə də bir nəfər uşaq təhsildən yayınsa, elə bu rəqəm 5 min nəfər deməkdir. Amma fakt budur ki, hər bir məktəbdən bu rəqəm onlarladır”.
Gültəkin ƏLƏSGƏR