Modern.az

Kral və Kraliça Azərbaycan prezidentinə məktub yazdı

Kral və Kraliça Azərbaycan prezidentinə məktub yazdı

23 May 2013, 17:01

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud prezident İlham Əliyevi 28 May respublika günü münasibəti ilə təbrik edib.

“Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik”-deyə kralın təbrik mətbubundan qeyd olunub.

Böyük Britaniyanın və Şimali İrlandiyanın Kraliçası II Yelizaveta da ölkə başçısını təbrik məktubu göndərib.

“Azərbaycanın milli bayramı 28 May – Respublika günü münasibətilə Zati-alinizi təbrik etməkdən böyük məmnunluq hissi duyur və qarşıdakı ildə dövlətinizə və Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama