Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Yan Kellini (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Modern.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Modern.az