Modern.az

Azərbaycanda 150 məhbus azadlığa buraxılıb

Azərbaycanda 150 məhbus azadlığa buraxılıb

23 May 2013, 21:05

Bu gün Azərbaycanda 150 məhbus azadlığa buraxılıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbul olunmuş qərarlar əsasında mayın 23-dək amnistiya qərarı 642 nəfər məhkuma tətbiq edilib.

Qeyd edək ki, Amnistiya qərarının icrası Penitensiar Xidmət üzrə təşkil edilmiş komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama