Modern.az

Şeyx Xamneyi ilə Azərbaycan dilində danışıb

Şeyx Xamneyi ilə Azərbaycan dilində danışıb

24 May 2013, 10:42

“İrana səfərimin nəticələrini müsbət dəyərləndirirəm”. Modern.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bunları İran səfərinin nəticələrini Turan-a şərh edərkən bildirib. 

O, Azərbaycanın dini mərkəzinin rəhbəri kimi İrana səfərində də dini məsələlərin müzakirəsinin əsas yer tutduğunu nəzərə çatdırıb. Bu mənada QMİ sədri İranın ali dini rəhbəri, ayətüllahül-üzma Xamneyidən tutmuş islam aləmində nüfuzu olan ayrı-ayrı din xadimlərilə görüşlərinin səmimi keçdiyini bildirib. A.Paşazadə Xamneyi ilə görüşdə danışıqların Azərbaycan dilində keçdiyini xatırladıb. Eyni zamanda, Azərbaycanlı gənclərin İranda dini təhsil almaları ilə bağlı müzakirələr aparılıb. 

QMİ sədri ölkənin bəzi qəzetlərində səfərinin PA-nın rəhbəri Ramiz Mehdiyevin səfərilə müqayisədə verilməsinə narazılıq ifadə edib. “Onun səfər missiyası başqa, mənim səfər missiyam başqadır, bunlar arasında paralel və ya müqayisə aparıla bilməz”,- deyə A.Paşazadə bildirib. 

QMİ sədri İranda həbsdə olan Azərbaycan ədəbiyyatşünası Xalidə Xalidin və sürücüsü Şamxal Hüseynovun hələ də azad olunmamasına münasibət bildirib: “Onlar azad olunacaqlar, bir az vaxt lazımdır”, deyə QMİ sədri qeyd edib.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama