Fəaliyyəti dayanmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev yeni vəzifə alıb. Modern.az-a məlumat verən E.Abdullayev bildirib ki, «Qərb və Şərq» Demokratiya, İnkişaf, Dialoq Akademiyası 17 may 2013 iltarixində onunla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir:
1. Professor Dr.Elşad Abdullayev “Qərb və Şərq“ Demokratiya, İnkişaf, Dialoq Akademiyasının Beynəlxalq Əlaqələr və İnsan Hüquqlarının mühafizə olunması üzrə vitse-prezidenti vəzifəsinə təyin edilsin.