Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 26-da Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18, gündüz isə 25-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında, əsasən, gecə şimşək çaxacaq, yağış yağacaq.
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə isə 32 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, gündüz 17-22, bəzi yerlərdə 25 dərəcə isti olacaq.
Mayın 27-28-də isə Bakıda və Azərbaycanın bəzi ərazilərində yağışlı hava şəraiti hökm sürəcək.
Modern.az