Modern.az

Müəllimlərlə direktor arasında mübahisə - Nazir məktəbə gəldi

Müəllimlərlə direktor arasında mübahisə - Nazir məktəbə gəldi

2 Fevral 2023, 16:16

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə müəllimlərlə məktəb direktoru arasında mübahisə yaranıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, məktəbə yeni direktor təyin olunan Turan Məmmədli orada çalışan müəllimlərin dərs yükünü azaldıb. Bununla yanaşı, onun müəllimlərlə davranış tərzinin də etiraza səbəb olduğu bildirilir.

 

Məlumata görə, məsələ ilə bağlı Naxçıvan MR Təhsili naziri Rəhman Məmmədov məktəbə gəlib. Hazırda məktəbdə iclas keçirilir.

 

Qeyd edək ki, Turan Məmmədli həm də Naxçıvan MR Ali Məclisinin deputatıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər