19 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

19 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

3 Fevral 2023, 09:48

Bu ilin yanvar ayında 19 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

 

Bu barədə Modern.az-a Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

 

Həmin müddətində 42 nəfərə fəlsəfə doktoru, 9 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 19 nəfərə imtina cavabı gəlib.

 

Bundan başqa, keçən ay 10 nəfərə dosent, 1 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 7 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə imtina verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Aprelin 1-i gözlər Qarabağda - Laçın yolunda post…