Modern.az

Bakıda müəllimlərin “maaş problemi” HƏLL OLUNDU

Bakıda müəllimlərin “maaş problemi” HƏLL OLUNDU

Təhsil

4 Fevral 2023, 10:17

Bakı şəhərindəki orta məktəblərdə sertifikasiya prosesindən keçmiş ibtidai sinif müəllimlərinin “maaş problemi” həllini tapıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, sertifikasiyadan keçməyə görə yanvar ayı üzrə əməkhaqlarının artımları bu gün müəllimlərin hesabına köçürülüb.

Qeyd edək ki, Bakı şəhərində çalışan və sertifikasiyadan keçən ibtidai sinif müəllimləri bir neçə gün öncə yanvar ayının maaşını əvvəlki aylarla müqayisədə artımsız almışdılar. Maaşlar müəllimlərin hesabına köçürülərkən məlum omuşdu ki, 1 sentyabr 2022-ci il tarixindən hesablanan artımlar verilməyib.


Xatırladaq ki, 2022-ci ilin yayında təhsilverənlərin sertifikasiyası prosesinə başlanılıb. Elm və Təhsil Nazirliyi tərəfindən ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikatlaşdırılma prosesinə cəlb olunub.

Proses 11 minə yaxın ibtidai sinif müəllimini əhatə edib.

Yekunda 8 mindən çox təhsilverən sertifikasiya prosesindən keçib.

Prosesin test imtahanı mərhələsində 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına 35 faiz, digər müəllimlərin əməkhaqqına isə 10 faiz əlavələr tətbiq olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı