Modern.az

Diplomların tanınma imtahanının qiyməti açıqlandı

Diplomların tanınma imtahanının qiyməti açıqlandı

Təhsil

7 Fevral 2023, 15:28

Xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üçün keçiriləcək imtahanlarda iştirak qiyməti açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova məlumat verib.

 

Onun sözlərinə görə, xaricdə təhsil almış müraciətçilər üçün qiymətləndirmə imtahanlarının keçirilmə qrafikini Dövlət İmtahan Mərkəzi tənzimləyəcək: "İmtahanlar ildə bir və iki dəfə yox, mütəmadi keçiriləcək, ödəniş 250 manat təşkil edəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama