Rusiya Fövqəladə Hallar Nazirliyi Suriyadan evakuasiya etdiyi insanlar arasında Azərbaycan vətəndaşları da var. Modern.az bildirir ki, bu barədə “İntefaks” Rusiya Fövqaladə Hallar Nazirliyinin idarəsinin rəsmilərinə istinadən məlumat yayıb.
Nazirliyin məlmatında qeyd olunur ki, Rusiyaya məxsus İL-62 təyyarəsi Suriyadan 128 nəfər Rusiya və MDB ölkələrinin vətəndaşlarını evakuasiya edib. Evakuasiya edilən vətəndaşlardan 83 Rusiya, digərləri isə MDB vətəndaşlarıdır. Təyyarə dünən axşam Moskvanın “Domodedovo” hava limanına enib.
Vüqar İsmayılov