Bu gün günorta saatlarında həbs edilən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun tutulması ilə bağlı Daxili İşlər Nazirliyində məlumat yoxdur. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib. O, bildirib ki, İsgəndər Həmidov saxlanılması ilə bağlı onlarda hər hansı bir məlumat daxil olmayıb:
“Nazirliyin mətbuat xidmətində bu barədə heç bir məlumat yoxdur. İsgəndər Həmidovun saxlanılması ilə bağlı hər hansı bir məlumat daxil olarsa əlavə məlumat veriləcək”.
Qeyd edək ki, bu gün saat 15 radələrində özlərini polis kimi təqdim edən şəxslər Nərimanov rayonunda yerləşən Montin bağında sabiq daxili işlər naziri İsgəndər Həmidovu saxlayaraq özləri ilə aparıblar. Sabiq nazirin kimlər tərəfindən tutulması və harada saxlanılması məlum deyil.
Gültəkin ƏLƏSGƏR