Modern.az

Rəsmi Tehran Xalidə Xalidin geri qaytarılmamasının səbəbini açıqladı

Rəsmi Tehran Xalidə Xalidin geri qaytarılmamasının səbəbini açıqladı

29 May 2013, 20:43


Aprelin 30-da Təbrizdə həbs edilmiş azərbaycanlı alim Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov həbsdən azad ediliblər və yaxın günlərdə Azərbaycana göndəriləcəklər.

Bu barədə ANS TV-yə eksklüziv müsahibəsində İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı deyib. Onun sözlərinə görə, saxlanılmış şəxslərin hələ də Azərbaycan tərəfinə təhvil verilməməsi sənədləşmə işləri ilə bağlıdır.

"Ümid edirəm ki, iki-üç günə siz onları azadlıqda görəcəksiniz. Bu İran İslam Respublikasının qəti qərarıdır", - deyə nazir müavini əlavə edib.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama